İran: “İsrailin Suriyada mənefeyimizə qarşı addımlarına sarsıdıcı cavab verəcəyik”

İran: “İsrailin Suriyada mənefeyimizə qarşı addımlarına sarsıdıcı cavab verəcəyik”

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İsrailin Müdafiə nazirinə cavab verib.

 

İki gün öncə İsrailin Müdafiə naziri Naftali Bennet bildirmişdi ki, ölkəsi Suriyada İran və onun müttəfiqlərinə qarşı hücumlarını davam etdirəcək. O, həmçinin qeyd etmişdi ki, Amerika və İsrail İranın regional nüfuzu ilə mübarizədə fəaliyyətlərin bölüşdürülməsi xüsusunda razılıq əldə edib.

 

İran XİN-in sözçüsü Bennetin fikirlərinə verdiyi reaksiyada rəsmi Tehranın Suriyada mənafeyinə qarşı yönəlmiş addımlarına “sarsıdıcı cavab” verəcəyini iddia edib.

 

“İslam Respublikası İsrailin Suriyada və regionda mənafeyimizə qarşı həyata keçirəcəyi hər hansı təcavüz və ya axmaq hərəkətinə sarsıdıcı və peşiman edici cavab verəcək”, - deyə Abbas Musəvi fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İsrail son 2 il ərzində Suriyada,  2019-cu ilin yay aylarından isə İraqda yerləşən İran və ona bağlı yaraqlılara qarşı dəfələrlə hava əməliyyatı keçirib. Nəticədə yüzlərlə “sepahçı” və yaraqlı ölüb. İran isə bunlara təhdid etməklə cavab verə bilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN