İran körfəzdə hərbi təlimlərə başlayıb

 İran körfəzdə hərbi təlimlərə başlayıb

GünAzTV: Avqustun 2-dən başlayaraq İranın dəniz qüvvələri körfəzdə hərbi təlimlərə başlayıb. Bu barədə Amerikanın adının açıqlamasını istəməyən bir təhlükəsizlik rəsmisi CNN telekanalına açıqlamasında məlumat verib.

 

Təlimlərin keçirilməsi, ABŞ-ın Mərkəz Komandanlığının (CENTCOM) sözçüsü Uilyam Urbanın bununla bağlı açıqlamasından bir gün sonraya təsadüf edib.

 

Amerikanın adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, cümə axşamı günündən (dünəndən) Hörmüz boğazının və Oman dənizinin yaxınlığında keçirilən hərbi təlimlərə, “Sepah”ın sürət qayıqları və bəzi hərbi gəmiləri qatılıb. 

 

Avqustun 1-də jurnalistlərə açıqlama verən Urban, İranın yaxın 48 saatda hərbi təlimlərə başlayacağını bildirmişdi. Bunun üçün bəzi əsasların olduğunu vurğulayan sözçü, Amerika hərbi qüvvələrinin körfəzdə vəziyyətə tam nəzarət etdiyini açıqlamışdı: “Biz körfəzdə və beynəlxalq sularda ticarət gəmilərin sərbəst hərəkətini və onların təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərimizlə əməkdaşlığımızı davam etdiririk”.

 

Xatırladaq ki, Son həftələr, İranın bir sıra rəsmiləri, o cümlədən də “Sepah”ın “Qüds” qanadının komandanı öz bəyanatlarında Qərbi, o cümlədən də Amerikanı təhdid edərək, İran neftinin satışına qadağa qoyulacağı təqdirdə Hörmüz boğazını bağlayacaqlarını bildiriblər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN