İran məhkəmə sistemi bu dəfə “tibbi ləvazimatlar sultanı”nı həbs edib

İran məhkəmə sistemi bu dəfə “tibbi ləvazimatlar sultanı”nı həbs edib

GünAz TV: İranda son həftələr ərzində hüquq mühafizə orqanları “korrupsiya ilə mübarizə” adı altında hökumətə yaxın olan bir neçə nəfəri həbs etdiyi barədə məlumatlar yayır.

 

İran məhkəmə sistemi bu şəxslərə “sultan” adı verərək, onların ölkədə iqtisadi problemlərin yaranması və korrupsiyanın yayılmasında əsas ünsürlər olduğunu bildirir.

 

İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin verdiyi məlumata görə, əvvəllər də tibbi ləvazimatların qaçaqmalçılığına görə məhkum olunmuş qadın və onun həyat yoldaşı bu dəfə də eyni ittihamlar həbs ediliblər. Məlumata əsasən, “iqtisadi fırıldaqçılıq” ittihamı ilə həbs edilən bu iki şəxs 20 il azadlıqdan məhrum edilən Həmidrza Canqurban və onun həyat yoldaşı, 10 il müddətinə həbs edilən Azadə Səccadiyyədir.

 

Qeyd edək ki, İranda əsas iqtisadi fırıldaqçılıq, korrupsiya və monopoliya kimi əməllərlə məşğul olan yüksək vəzifəli şəxslər olsa da, rejim insanların diqqətini öz üzərindən çəkmək məqsədi ilə bundan əvvəl də dövlət orqanlar ilə əməkdaşlıq edərək, monopolist fəaliyyətlə məşğul olan “qızıl sultanı” və “qır sultanı”nı həbs etmişdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti dəfələrlə məlumat yayaraq, bildirib ki, dini lider Xamneyi də daxil olmaqla, İran hakimiyyət orqanlarının rəhbərlərinin böyük hissəsi korrupsionerdir. Onlar öz xalqını çapıb-talamaqla əldə etdikləri pulları xarici ölkələrdə fəaliyyət göstərən terror qruplaşmalarına verirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN