İran mənbəyi: “Parlamentdə əməliyyat başa çatıb, bütün hücumçular məhv edilib”

İran mənbəyi: “Parlamentdə əməliyyat başa çatıb, bütün hücumçular məhv edilib”

GünAzTV: İran mənbələri iyunun 7-də ölkə parlamentində baş verən atışmanın başa çatması barədə məlumat yayıblar. Bu barədə İranın “İsna” xəbər agentliyi məlumat yayıb.

 

Adının çəkilməsini istəməyən İran rəsmilərindən biri jurnalistlərə bildirib ki, İran təhlükəsizlik qüvvələri ilə hücumçular arasında baş verən silahlı qarşıdurma günorta saat 2 radələrində başa çatıb: “Əməliyyat artıq başa çatıb və 4 silahlı hücumçu məhv edilib. Hazırda təhlükəsizlik qüvvələri parlament binasında yoxlama işləri aparır, mümkün hər hansı bir təhlükəni zərərsizləşdirməyə çalışırlar”.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri intihar məqsədi ilə özünü partladıb. Hücumçulardan 3-ü isə parlament binasının şamal hissəsindəki korpuslardan birinə qaçaqraq bir neçə nəfəri girov götürüb.

 

Eyni hücum,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Biri qadın olmaqla üç silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə odlu üsilahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki hadisədə ən azı 8 nəfər həlak olub, onlarla nəfər yaranıb.

 

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN