İran Meşələr Təşkilatının rəhbəri həbs edilib- Rüşvətxorluq ittihamı ilə

İran Meşələr Təşkilatının rəhbəri həbs edilib- Rüşvətxorluq ittihamı ilə

GünAz TV: İran Meşə və Əkin Sahələri Təşkilatının rəhbəri Xəlil Ağayinin korrupsiya ittihamı ilə həbs olunduğuyla bağlı xəbərlər yayılıb.

 

“İsna” xəbər agentliyi detalları qeyd etmədən, Xəlil Ağayinin rüşvət aldığına görə ədliyyə orqanlarında dövlət qulluqçularının məsuliyyətə cəlb edilməsi üzrə fəaliyyət göstərən şöbə tərəfindən rüşvət alma ittihamı ilə saxlandığını bildirib.

 

İran Meşə və Əkin Sahələri Təşkilatının ictimaiyyətlə əlaqələr departamentinin müdiri Abbas Səmii  məsələ ilə əlaqəli bildirib ki, Xəlil Ağayi oktyabr ayının 26-da izahat vermək üçün Dövlət Qulluqçularının Cinayətlərilə İş üzrə Məhkəməyə çağırılıb, lakin orada onun həbs edilib-edilməsiylə bağlı heç bir məlumatı yoxdur. O, həmçinin Ağayinin məhkəmə çağırılmasının Meşələr Təşkilatı ilə heç bir əlaqəsinin olmadığını, digər məsələ ilə bağlı olduğunu qeyd edib.

 

Qeyd etmək lazımdır ki, 2017-ci ildə sözügedən təşkilata rəhbər təyin edilən Xəlil Ağayi ondan öncə Kənd Təsərrüfatı Nazirinin Milli Məclis üzrə müavini və deputat idi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN