İran mətbuat azadlığı sahəsində hazırlanmış reytinq cədvəlində sonuncu yerlərdə qərarlaşıb

İran mətbuat azadlığı sahəsində hazırlanmış reytinq cədvəlində sonuncu yerlərdə qərarlaşıb

GünAz TV: Dünyanın 180 ölkəsində mətbuat azadlığı sahəsində hazırlanmış yeni reytinq cədvəlində Norçev ilk pillədə, İran isə ötən ilə nisbətdə 6 pillə geriləyərək, 170-ci yerdə qərarlaşıb.

 

Dünyada mətbuat azadlığının indeksi adlanan bu hesabat illik olaraq Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən hazırlanır.  Aprelin 18-də Təşkilat özünün ən son reytinq cədvəlini yayımlayıb.

 

Cədvələ əsasən, davamlı olaraq 3-cü ildir ki, Norveç ilk pillədə qərarlaşıb. Dünyanın ən azad mətbuatına sahib 2-ci ölkə Finlandiya, 3-cü ölkə isə İsveçdir.

 

İran isə ən son pillələrdə, mətbuat azadlığını boğan və jurnalistlərin işləməsi üçün təhlükəli olan 11 ölkə içərisindədir.  

 

İran: 40 illik yalanın davamı

“İslam rejimi media orqanlarını hərtərəfli nəzarətində saxlamaqla, jurnalistlər, vətəndaş jurnalistikası və müstəqil KİV-lərə qarşı təzyiqləri davam etdirir”- deyə Sərhədsiz Reportyorlar Təşkilatı yeni hesabatında qeyd edilib.

 

Təşkilat həmçinin İran rejiminin 40 il ərzində jurnalistlərə qarşı ən repressiv hökumətlərdən biri olduğunu vurğulayaraq, fevral ayında inqilabın 40-cı il dönümü münasibəti ilə dərc etdiyi “40 illik yalan” adlı məqalədəki məlumatlardan bəzilərini bir daha xatırladıb.

 

Sərhədsiz Reportyorlar həmin məqalədə qeyd edirdi ki, əldə edə bildiyi İran məhkəmə sisteminə məxsus sənəddə 2008-2009-cu illərdə ölkə ərazisində 860 jurnalist və ya vətəndaş jurnalistikası ilə məşğul olan şəxsin həbs edildiyi barədə məlumatlar öz əksini tapıb. Hətta onlardan bəziləri edam cəzasına məhkum ediliblər.

 

Yeni hesabatda “Sepah” və onun Kəşfiyyat İdarəsinin jurnalistlərə qarşı repressiyanı həyəta keçirən əsas orqanlardan olduğu da yer alıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN