İran Milli Məclisi məsulların ailə üzvlərinin ölkəyə qaytarılması üçün layihə hazırlayır

İran Milli Məclisi məsulların ailə üzvlərinin ölkəyə qaytarılması üçün layihə hazırlayır

GünAz TV: İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası rəsmilərin xaricdə yaşayan ailələri və övladlarının ölkəyə qaytarılması üçün layihə işləyir.

 

Yerli media orqanlarında yayılan məlumatlara əsasən, bu qanun layihəsində ölkənin mühüm məsulları və şəxslərinin xaricdə yaşayan ailələri və övladları İrana qayıtmalıdırlar. Əgər qanun layihəsinin qəbul edilməsindən keçən 3 ay müddətdə bu hal baş verməzsə, onda həmin məsul öz vəzifəsindən istefa verməlidir.

 

Qanun layihəsinə görə, Təhsil Nazirliyinin tədaüd proqramı çərçivəsində xaricdə oxuyan dövlət qulluqçuları və tələbələr, eləcə də xaricdə tədqiqat işləri ilə məşğul olan professorlar istisna kimi nəzərə alınacaqlar.

 

Artıq layihənin 40 imza ilə spikerə təqdim edildiyi bildirilir.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin yüksək vəzifəli şəxslərinin bir çoxunun övladları və yaxın qohumları Qərbdə, xüsusilə də Amerikada yaşayırlar. Onların dəbdəbəli həyatlarından paylaşdıqları fotolar hər zaman insanlar tərəfindən narazılıqla qarşılanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN