İran Milli Məclisinin deputatı: “Niyə xalqın malını Rusiya, Suriya və Afrikaya daşıyırsınız?”

İran Milli Məclisinin deputatı: “Niyə xalqın malını Rusiya, Suriya və Afrikaya daşıyırsınız?”

GünAz TV: İran Milli Məclisinin Həmədandan seçilmiş millət vəkili Əmir Xocəstə maşınqayırma sənayesində fəaliyyət göstərən şirkətləri tənqid edib.

 

Sözügedən sənayedə kəskin rüşvətxorluğun mövcud olduğunu deyən deputat şirkətlərin xalqın pulunu Rusiya, Suriya və Afrikaya daşıdıqlarını vurğulayıb.

 

Xatırladaq ki, bir neçə gün öncə “Saypa” və “İran Xodrou” şirkətlərinin yüksək vəzifəli məsulları qiymətləri həddindən çox artırdıqları üçün həbs ediliblər.

 

İran məhkəmə sisteminin sözçüsü Qulamhüsyn İsmaili məsələ ilə bağlı 25 nəfərə qarşı cinayət işi açıldığını, 6 nəfərin məsuliyyətə cəlb edildiyini və qalan şəxslərin isə axtarışa verildiyini deyib.  

 

Əmir Xocəstə maşın istehsalı ilə məşğul olan bu iki şirkətin maliyyə fırıldaqçılığı ilə bağlı sənəd və sübutları lazımi orqanlara təqdim etdiyini bildirib.

 

O, həmçinin sözügedən müəssisələrin banklara 30, ehtiyat hissələri istehsalı ilə məşğul olan şirkətlərə 20 və vətəndaşlara 13 trilyon tümən borclu olduğunu deyib.

 

Millət vəkili sonda qeyd edib ki, adı çəkilən müəssisələr xalqın pulu orda-burda xərcləyiblər. Onlar insanlardan aldıqları pulla Rusiya, Suriya, Afrika, Sneqal və Belarusiyada investisiya yatırıblar.

 

Qeyd etmək lazımdır ki, son illər ərzində İranda yüzlərlə məmur korrupsiya ittihamı ilə həbs edilib. İran rəsmiləri rüşvətxorluqla əldə etdikləri pulları xarici ölkələrə apararaq, orada investisiya yatırırlar. Onlardan bir çoxu tutulsa da, bəziləri xaricə qaçmağa müvəffəq olub.

 

Amerika Birləşmiş Ştatları dəfələrlə başda “dini lider” Əli Xamneyi və digər axundlar olmaqla, İran rəsmilərinin kəskin korrupsiyaya bulaşdıqları ilə bağlı sənədlər yayınlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN