İran Neft Nazirliyinin 1 qadın da daxil olmaqla, bir neçə əməkdaşı “casusluq” ittihamı ilə həbs edilib

İran Neft Nazirliyinin 1 qadın da daxil olmaqla, bir neçə əməkdaşı “casusluq” ittihamı ilə həbs edilib

GünAz TV: İran Milli Məclisinin Nəcəfabaddan seçilmiş millət vəkili Əbülfəz Turabi Neft Nazirliyində “casus şəbəkə”sinin ifşa edildiyini bəyan edib.

 

Yerli media orqanlarından birinə müsahibə verən Turabinin iddiasına əsasən, başçıları xanım olan bu “şəbəkə” Nazirliyin qəbul etdiyi mühüm qərarlara “düşmənin istəyi ilə” təsir etməyə, “yalnış qərarlar” qəbul etməyə çalışırlarmış.

 

“Bu istiqamətdə düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, həmin xanım Neft Nazirliyinin 16 yüksək vəzifəli rəsmisi ilə yaxşı münasibətlər yaradıb. Bununla da o, Nazirliyin ölkənin mənafeyinə uyğun qəbul etdiyi qəraları səhv istiqamətdə yönəltməyə çalışıb.”- deyə İranlı deputat əlavə edib.

 

Qeyd edək ki, son dövrlər İran Neft Nazirliyi ətrafında böyük qalmaqallar yaşanır. Bir müddət öncə kütləvi informasiya vasitələrində Neft Nazirliyində rüşvətxorluğun baş alıb getdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə bildirilirdi ki, Neft Naziri otağında yerləşdirdiyi kart oxuyucuları vasitəsilə müxtəlif şirkətlərdən rüşvət alır. Bir müddət sonra ETTELAT məlumat yayaraq, bu xəbərləri təkzib etmişdi. ETTELAT-ın məlumatında kart oxuyucuların Nazirin otağında deyil, bəzi əməkdaşların otağında olduğu və onların rüşvətxorluğa görə həbs edildiyi deyilirdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN