İran nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırıb

İran nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırıb

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurası mayın 8-də bəyanat yayaraq, İranın nüvə razılaşması “Bərcam” ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığını açıqlayıb.

 

Bəyanatda bildirilir ki, İran bu addımı, Amerikanın nüvə sazişindən çıxmasına və Avropa ölkələrinin sazişlə bağlı götürdüyü öhdəliklərə lazımi qədər riayət etməməsinə cavab olaraq atır: “İranın Ali Milli Təhlükəsizlik Şurası, İran xalqının milli təhlükəsizlik və mənafeyini qorumaq məqsədi ilə, eləcə də İran İslam Respublikasının nüvə sazişinin “Bərcam” 26-cı və 36-cı bəndlərində qeyd olunmuş hüququnu nəzərə alaraq, bu gündən etibarən, nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasının dayandırılmasına göstəriş verib.

 

Bu məsələ həm də İran prezidenti Həsən Ruhaninin nüvə sazişini “Bərcam-ı” imzalamış beş ölkənin (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) rəhbərlərinə yazdığı məktubunda da öz əksini tapıb” -deyə bəyanatda vurğulanır.

 

 İran prezidenti Həsən Ruhani 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN