İran ölkə boyu su fəlakətinin baş verməsi ərəfəsindədir

İran ölkə boyu su fəlakətinin baş verməsi ərəfəsindədir

GünAz TV: İranın Kənd Təsərrüfatı və Su Ehiyatları üzrə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmmədhüseyn Şəriətmədari ölkəni yaxın 5 ildə böyük su fəlakətinin gözlədiyini deyib.

 

Onun sözlərinə görə, son 50 ildə İranda su probleminə diqqətin ayrılmaması və bu istiqamətdə heç bir tədbirin görülməməsi nəticəsində qarşıdakı 5 ildə bütün ölkəni su fəlakəti bürüyəcək. Şəriətmədari hələ də gec olmadığını, ölkədə su hövzələrinin yenidən bərpa edilməsinin mümkün olduğunu deyib.

 

O, eləcə də su probleminin həlli üçün ölkənin hələ də ciddi səy göstərmədiyini, eləcə də düzgün zamanlama ilə tənzimlənmiş və dövlət ilə özəl sektor tərəfindən qəbul edilmiş hərtərəfli strategiyanın mövcud olmadığını deyib.

 

Qeyd edək ki, İranda dövlətin laqeydliyi nəticəsində son illər ərzində Urmiya gölü də daxil olmaqla bir neçə göl və çay quruyub. Bir çox mütəxəssislərin fikrinə görə, əgər vaxtında zəruri addımlar atılmasa, yaxın illərdə İranı böyük ekoloji fəlakətlər gözləyir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN