İran ordusu hava qüvvələrinin komandanı: “Səbirsizliklə İsraili yer üzündən silib məhv etməyə hazırıq”

2019-01-22 10:26

GünAzTV: İran ordusu hava qüvvələrinin komandanı Əziz Nəsirzadə yanvarın 21-də jurnalistlərə açıqlamasında islam respublikasının İsraili məhv etməyə hazırlığından danışıb.

 

Nəsirzadənin açıqlaması, İsrail qırıcılarının “Sepah”ın “Qüds” qanadının Suriyadakı hərbi mövqelərinə hava zərbələri endirməsindən bir gün sonraya təsadüf edib.

 

O bildirib ki, İran hava qüvvələrində çalışan gənclər, İsrailin məhvi ilə bağlı verilən vədin gerçəkləşdirilməsi günü gözləyir və bunun üçün lazım olan bilgiləri öyrənib mənimsəməklə məşğuldur: “Biz, səbirsizliklə İsraili yer üzündən silib məhv etməyə hazırıq. Bizim hava qüvvələrində xidmət edən gənclərimiz, özlərinin var gücü ilə sionist rejiminə qarşı savaşa və onu yer üzündən silməyə hazırdır.

 

Daha doğrusu, bizim nəslimiz və bizdən gənc olan nəsil İsrailə qarşı  bu savaşı başlatmağa tam hazırdır”.

 

Xatırladaq ki, yanvarin 20-si və 21-də İsrail qırıcıları Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi mövqelərinə yenidən hava zərbələri endirib.  Bu barədə, İsrail ordusu bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Suriyadan İsrailin nəzarətində olan Qolan yüksəkliklərinə bir raket buraxılmasına cavab olaraq,  İsrail qırıcıları “Sepah”ın “Qüds” qanadının, eləcə də Livan “Hizbullah”ının Suriyadakı hərbi mövqelərini raket atəşinə tutub. Hava hücumlarında, “Sepah” və “Hizbullah” ın  Dəməşqin ətrafında yerləşən silah anbarlarına çoxlu sayda raket zərbələri endirilib.

 

 Qeyd edək ki, son aylar İsrail qırıcıları, “Sepah”ın Dəməşq və Suriyanın digər bölgələrindəki hərbi mövqelərini və onların silah anbarlarını onlarca dəfə bombardman edib. Hava hücumları nəticəsində onlarla “Sepah” muzdlusu məhv edilib.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020 : “Amerika BMT-dən Çindən hesabat istəməyi yələb etdi.”

2020-09-23

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22