İran parlamentində Əli Şəmxaninin iştirakı ilə İraq Kürdistanının müstqillik referendumu barədə qapalı iclas keçirilib

İran parlamentində Əli Şəmxaninin iştirakı ilə İraq Kürdistanının müstqillik referendumu barədə qapalı iclas keçirilib

GünAzTV: Sentyabrın 27-də İran parlamentində ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin iştirakı İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu müzakirə etmək üçün qapalı iclas keçirilib. Bu barədə Rəşt şəhərindən seçilən deputat Cabbar Kuçəki Nejad jurnalistlərə məlumat verib.

 

Deputat bildirib ki, sübh saatlarında keçirilən bir saatlıq qapalı iclasda, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani bölgədə yaranmış yeni vəziyyətdən danışaraq İraq Kürdistanının müstəqil olmasının qarşısını almaq üçün görüləcək işləri şərh edib: “Şəmxani bildirib ki, İraq Kürdistanında referendum keçirilməsindən sonra bölgədə yeni bir mərhələ və ya dövr başlayır və bununla bağlı gündəmə yeni məsələlər gəlir. Onun dediyinə görə, referendumun keçirilməsi ilə bağlı ortaya çıxan problemlər beynəlxalq təşkilatlar və İraq hökumətinin təşəbbüsü ilə həll olunmalı, İran isə İraqın mərkəzi hökumətinə bu yolda yardım etməlidir.

 

Şəmxani bildirib ki, İraq Kürdistanında yaranmış yeni vəziyyətlə bağlı İran, Türkiyə və İraqın mərkəzi hökumətinin üçtərəfli danışıqları davam edir və bununla bağlı İraq Kürdistanındakı partiyalarla da müzakirələr aparıldığı bir haldarəsmi Ərbilə qarşı təzyiqlər və sanksiyalar gücləndiriləcək. Bütün bunlar isə kürdləri indiki mövqelərindən geri çəkilməyə vadar etmək üçün həyata keçiriləcək. Şəmxaninin bildirdiyinə görə bu separatçı hərəkət İraqın daxili ərazilərində baş verdiyiyinə görə İraqın mərkəzi hökuməti məsələni həll etmək üçün hərbi əməliyyata əl ata bilər. Çünki keçirilmiş referendum, İraqın ana yasasına ziddi addımdır və biz İraq hökumətinin bu sahədə atacağı hər hansı bir addımını dəstəkləyəcəyik”.

 

         Deputat Cabbar Kuçəki Nejad

 

Qeyd edək ki, İraq Kürdistanında müstəqilliklə bağlı referendum sentyabrın 25-də keçirilib. İlkin nəticələrə əsasən, səsvermə hüququna malik olan kürdlərin 72 faizi seçkiyə qatılıb. Səs verənlərin 93 faizi Kürdistanın İraqdan ayrılaraq müstəqilliyə qovuşmasına səs verib.

  

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN