İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum olub, ölən və yaralananlar var

İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum olub, ölən və yaralananlar var

GünAzTV: İyunun 7-si yerli vaxtla sübh saat 10.30 radələrində İran parlamentinə silahlı hücum olub. Hər iki hücumda ölən və yaralananlar var.

 

İran saytlarının yaydığı məlumata əsasən, kimliyi bəlli olmayan 4 silahlı şəxs sübh saatlarında İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Baş verən atışma zamanı hücumçulardan biri intihar əməliyyatı keçirərək özünü partladıb. Nəticədə ən azı 2 mühafizəçi və bir deputat həlak olub. Ölən deputatın adı hələlik mediaya açıqlanmayıb.

 

Bildirilir ki, hücumçulardan 3-ü parlament binasının şamal hissəsindəki korpuslardan birinə qaçaqraq bir neçə nəfəri girov götürüb. Hazırda həmin məhəllin mühasirəyə alındığı bildirlsə də, hücumçuların kimliyi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Həmin gün, Tehranın Behişti Zəhra qəbiristanlığı yaxınlığında yerləşən İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin təntənəli məqbərəsinə də silahlı hücum olub. Biri qadın olmaqla bir neçə silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə odlu üsilahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hücumda ölən və yaralananların olduğu bildirilir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN