İran parlamentinin milli təhlükəsizlik komissiyası “Sepah”ın Amerika qüvvələrinə qarşı mümkün cavab tədbirinə dəstək verib

İran parlamentinin milli təhlükəsizlik komissiyası “Sepah”ın Amerika qüvvələrinə qarşı mümkün cavab tədbirinə dəstək verib

GünAzTV: İran parlamentinin xarici siyasət və milli təhkükəsizlik komissiyası oktyabrın 10-da bəyanat yayaraq “Sepah”ın Amerikanın bölgədəki qüvvələrinə qarşı mümkün cavab tədbirinə dəstək verib.

 

Bəyanatda bildirilir ki, “Sepah”, islam respublikasının qorunmasında ən mühüm rol oynadığına görə, həmişə düşmənlərin, o cümlədən də Amerika və “sionist” rejimin gözünə batan bir tikan olub: “Son vaxtlar Amerika prezidenti həyasızcasına təhdid dolu bəyanatlar səsləndirərək “Sepah”ı terrorçu qruplar siyahısına daxil edəcəyini açıqlayıb. İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası, ABŞ prezidentinin bu düşünülməmiş qərarını pisləyərək bildirir ki, əgər bu kimi axmaq bəyanatlar gerçəkləşdirilsə, bu komissiya “Sepah”ın Amerika qüvvələrinə qarşı hər hansı bir təşəbbüsnə dəstək verəcək. Hesab edirik ki, “Sepah”ın terrorçu qruplarla davrandığı kimi, Amerika qüvvələri ilə də eyni tərzdə rəftar etməyə haqqı var”.

 

Xatırladaq ki, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri oktyabrın 8-də Tehranda keçirilən “Sepah” strategiyası şurası”nın iclasında çıxış edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

 

 

Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına salmaq niyyətində olması ilə bağlı Qərb mediasında yayılan xəbərlərə toxunan Cəfəri deyib ki, əgər yayılan məlumatlar düz çıxsa, İranın buna reaksiyası çox kəskin olacaq: “Əgər Amerika hökumətinin və Ağ Evin axmaqlıq edərək “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək istəməsi barədə orda-burda yayılan məlumatlar düz olsa, “Sepah” da dünyanın hər yerində, o cümlədən də Orta Şərqdə Amerika ordusuna İŞİD-ə bənzər bir qüvvə kimi baxacaq.

 

Əvvəllər də elan etdiyimiz kimi, bir daha xəbərdarlıq edib bildiririk ki, əgər Amerikanın İrana qarşı sanksiyalar qanunu icra olunsa, o zaman Vaşinqton özünün regional hərbi bazalarını İran raketlərinin qət etdiyi 2 min kilometrliyinə qədər geri çəkməlidir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN