İran Prezident Aparatının rəsmisi: "Qum qadın narkomanların sayına görə ölkə üzrə 1-ci yerdədir"

İran Prezident Aparatının rəsmisi:

GünAz TV: İran Prezident Aparatının qadınlarla iş şöbəsinin müdir müavini Zəhra Cəvahiriyan ölkə ərzisinda tutulan narkoman qadınların statistikasının bu sahədə "dini şəhər" hesab edilən Qumun ilk pillədə olduğunu göstərdiyini deyib.

 

O, narkomaniyadan savayı, Qum qadınları arasında digər "mənfi hallar"ın və boşanmaların sayının digər bölgələrdən daha çox yayıldığını bildirib.

 

"Boşanma və evlilik hallarının nisbətində də Qum boşanma sayına görə ölkənin digər bölgələrilə müqayisədə 1-ci yerdədir. Bundan başqa, qadınların ibtidai və orta təhsildən yayınma halları sahəsində də Qum digər bölgələri üstələyir. İdarəetmə işlərində qadınların təmsil olunması halları da Qumda digər əyalətlərə nisbətən çox aşağı səviyyədədir",- deyə Zəhra Cəvahiriyan əlavə edib.

 

Prezident Aparatının rəsmisi bu statistikanın 3 il əvvəl əhalinin siyahıya alınması zamanı əldə edilmiş məlumatlar bazasında hazırlandığını və bu günə qədər müəyyən "müsbət dəyişikliklər"in olduğunu deyib. Lakin o, iddia etdiyi həmin "müsbət dəyişikliklər"in detallarını açıqlamayıb.


Xatırladaq ki, 2016-cı ildə Qumun Qeydiyyat və Notariat İdarəsinin rəhbəri əyalətdə boşanmaların sayının İranın digər bölgələri ilə müqayisədə ən yüksək həddə olduğunu bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN