İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib - FOTOLAR

2019-10-01 12:03

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 30-u axam saatlarında İrəvanda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmaq üçün Ermənistana səfər edib.

 

Ermənistana səfərdə Həsən Ruhanini İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və digər yüksək rütbəli rəsmilər müşayiət edir.

 

Həmin gün, Ruhani Ermənistan prezidenti Armen Sarkisyanla görüşərək iki ölkə arasındakı əlaqələrdən və bir sıra regional sahələrdə birgə əməkdaşlıq barədə danışıqlar aparıb.

 

Ruhani Ermənistan prezidenti ilə görüşdə iki ölkənin müştərək mədəni və tarixi xüsusiyyətlərə malik olduğunu vurğulayıb və aralarındakı dost və səmimi əlaqələrə toxunaraq, Tehranla İrəvan arasındakı əlaqələrin inkişafa doğru irəliləməsindən məmnun olduğunu bildirib: “Bütün qonşu ölkələrlə, o cümlədən də Ermənistanla əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək, İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biridir.

 

İranla Ermənistan müxtəlif sahələrdə, o cümlədən də enerji, tranzit, nəqliyyat, turizm və sənaye baxımdan böyük potensiala malikdirlər. Hesab edirik ki, bu potensialdan hər iki millətin mənafeyi üçün istifadə etmək olar. İran İslam Respublikası özünün texniki-mühəndislik xidmətləri, o cümlədən də sədlərin tikintisi və enerji sahələrində qazandığı təcrübəsini Ermənistanın ixtiyarına qoymağa hazırdır.

 

İranın regional iqtisadi münasibətlərdə iştirakı, o cümlədən də Ali Avrasiya İqtisadi Şurasında hüzuru, regionda iqtisadi əlaqələrin və qarşılıqlı birgə əməkdaşlığın gücləndirilməsi üçün münasib bir fürsət sayıla bilər. Hesab edirik ki, iki ölkənin azad iqtisadi zonaları, xüsusən də Araz və Meqri zonaları arasındakı əlaqələr genişləndirilməli, ətraf mühitin qorunması, eləcə də iki ölkənin turizm sahəsindəki potensialından daha səmərəli istifadə olunması üçün birgə əməkdaşlığı gücləndirilməlidir” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Görüşdə, Ermənistan prezidenti Armen Sarkisyan deyib ki, onun ölkəsi İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verir: “Ermənistan İran İslam Respublikası ilə əlaqələrini, o cümlədən də iqtisadi, sənaye, enerji və ətraf mühit sahələrində birgə əməkdaşlığını gündən-günə genişləndirmək niyyətindədir.

 

Hesab edirik ki, Avrasiya iqtisadi zonasının fəaliyyəti indikindən daha böyük və geniş ola bilər.  Biz isə İranla bütün sahələrdə əlaqələrimizi genişləndirməyə hazırıq. Biz həm də ölkələrimz arasındakı azad iqtisadi zonaların daha da fəallaşmasını müsbət qarşılayırıq” –deyə Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib.

 

Ruhaninin Ermənistana ikigünlük səfəri bu gün axşam başa çatacaq.

 

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasına Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. İranın da bu ilin noyabr ayında həmin şuraya üzv olması gözlənilir.

 

 

 

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04