İran rejiminin Mahşəhrdə etirazçılara qarşı ağır hərbi silah və texnikadan istifadə etməsi barədə yeni kadrlar yayılıb - VİDEO

İran rejiminin Mahşəhrdə etirazçılara qarşı ağır hərbi silah və texnikadan istifadə etməsi barədə yeni kadrlar yayılıb - VİDEO

GünazTV: İran molla rejiminin Xuzistan əyalətinin Mahşəhr şəhərində keçirilmiş son etirazlarda dinc əhaliyə qarşı törətdiyi qətliam və etirazçılara qarşı ağır silah və hərbi texnikadan istifadə etməsi barədə yeni kadrlar yayılıb.

 

Ölkədə internetə qoyulan məhdudiyyətin tədricən aradan qaldırılmasının ardınca yayılan yeni bir videoda, İran rejimin hərbi qüvvələri silahlı polis və təhlükəsizlik qüvvələrinin əlindən qaçıb qamışlıqda gizlənən insanlara qarşı ağır hərbi silahlardan atəş açırlar. Bildirilir ki, rejim qüvvələri qamışlığa pənah aparmış etirazçıları üç istiqamətdən atəşə tutduqdan sonra qamışlığa od vurublar. Qamışlıqda törədilmiş qətliamın detalları hələ tam açıqlamasa da, yerli əhali və hadisənin şahidləri hökumət qüvvələrinin atəşi nəticəsində ən azı 100-dən çox insanın öldürüldüyünü bildirirlər.

 

Rejim isə Mahşəhr şəhərindəki qamışlıqda törətdiyi kütləvi qırğını ört-basır etməyə çalışır.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN