İran rəsmiləri Nərgiz Məhəmmədinin övladları ilə telefon əlaqəsi saxlamasını qadağan edib

İran rəsmiləri Nərgiz Məhəmmədinin övladları ilə telefon əlaqəsi saxlamasını qadağan edib

GünAz TV: Həbsxana olan Nərgiz Məhəmmədinin anası Əzra Bazarqan yazdığı açıq məktubda İran rəsmilərinin qızı və onun övladlarına qarşı yeni məhdudiyyətlər tətbiq etdiklərini bildirib.

 

O qeyd edib ki, xaricdə yaşayan övladları ilə Nərgiz Məhəmmədinin tək əlaqə vasitəsi həftədə 1 dəfə telefon danışığı olub. Lakin bir müddətdir ki, rəsmilər qeyri-müəyyən səbəbdən bunu qadağan ediblər.

 

Xanım Bazarqan məktubda bildirib ki, tarixdə çox az da olsa, anasının üzünü və səsini unutmaları üçün övladları anadan ayıran bəzi hökmdarlar olub. Və bu hərəkət tarix səhifələrində onların adına böyük rüsvayçı addım kimi yazılıb. O, İran rejiminin son qərarının da bu qəbildən atılan addım kimi dəyərləndirib.

 

Əzra Bazarqan məsulların qızına qarşı amansız davrandığını da qeyd edib. O, bu uzun müddətli həbs dövründə qızının yalnız 3 günlük məzuniyyətə buraxıldığını, 3 dəfə əməliyyat keçirdiyini, lakin hələ sağalmamış xəstəxanadan yenidən həbsxanaya qaytarıldığını deyib.

 

İnsan haqları fəalı olan Nərgiz Məhəmmədi “dövlətə əleyhinə çalışma”, “dövlət əleyhinə təbliğat” və “edamın tədrici ləğvi üçün kampaniya başlatma” kimi ittihamlarla 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN