İran rəsmisi: “260 min nəfərlik hərbi qüvvə seçkilərin təhlükəsizliyini təmin edəcək”

İran rəsmisi: “260 min nəfərlik hərbi qüvvə seçkilərin təhlükəsizliyini təmin edəcək”

GünAzTV: İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, seçkilərin təhlükəsizlik qərargahın rəisi Hüseyn Zülfüqari, mayın 11-də jurnalistlərə açıqlamasında gələn həftənin cümə günündə ölkədə keçiriləcək seçkilərdən və səsvermə prosesinə xələl gətirə biləcək mümkün təhdidlərdən danışıb.

 

Hüseyn Zülfüqari bildirib ki, seçkilərin təhlükəsizliyini qorumaq məqsədilə səsvermə prosesinə xələl gətirə biləcək hər hansı bit təhdidin və ya baş verə biləcək mümkün küçə iğtişaşlarının qarşısını almaq üçün çevik polis alayı yaradılıb: “Ölkədə hüquq-mühafizə qüvvələrinin 260 min əməkdaşı seçkilərin təhlükəsizliyini təmin edəcək, hər hansı bir qanun pozuntusunun qarşısını qəti şəkildə alacaq. Səsvermə məntəqələrinin təhlükəsizliyini qoruyacaq həmin qüvvələrin bir hissəsini də “Sepah” qüvvələri təşkil edir.

 

Bizim qərargah, polis və təhlükəsizlik orqanları ilə birlikdə ölkəyə hakim vəziyyətə tam nəzarət edir. Biz, seçkilər prosesinə qarşı təxribat törədilməsinə yönələn hər hansı bir şübhəli addım və ya hərəkətin qarşısını qətiyyətlə alacaq, buna imkan verməyəcəyik”.

 

Qeyd edək ki, son günlər İranın bir sıra hökumət saytları qarşıdan gələn prezident seçkilərin və onun nəticəsinin elan edilməsindən sonra paytaxt Tehranda və ölkənin digər şəhərlərində 2009-cu ildə olduğu kimi küçə iğtişaş və etirazları baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək. Seçkilərdə 6 namizəd, Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparacaq.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN