İran rəsmisi: “Bizdə atom bombasının necə hazırlanmasının düsturu var”

İran rəsmisi: “Bizdə atom bombasının necə hazırlanmasının düsturu var”

GünAzTV: Tehran cümə namazının dönəm başqanı, Üləma Məclisinin üzvü axund Əhməd Xatəmi fevralın 9-da Məşhəddə keçirilən bir yas mərasimində çıxış edərək, ölkənin nüvə enerjisinə olan ehtiyacından, atom bombasından və raket proqramından danışıb.

 

Öz çıxışında nüvə enerjisinin ölkə üçün çox mühüm əhəmiyyətə malik olmasını vurğulayan Xatəmi deyib ki, İran İslam Respublikası nüvə silahı istehsal etmək niyyətində deyil: “Nüvə enerjisinə yiyələnmək, bizim üçün həyati məsələdir. Biz, heç vaxt atom bombası düzəltmək niyyətində olmamışıq. Baxmayaraq ki, bizdə atom bombasının necə hazırlanmasının düsturu var, lakin biz heç bir zaman kütləvi qırğın silahlarına yiyələnmək, onlardan istifadə etmək niyyətində olmamış və deyilik.

 

Təəssüflər olsun ki, Amerikanın müdaxilələri nəticəsində İranın nüvə gücünün qarşısı qismən də alınıb. İranla Qərb arasında imzalanmış nüvə sazişi də (“Bərcam”) düşünürəm ki, artıq bitib, başa çatıb. Məhz bunları nəzərə alaraq, hesab edirəm ki, indiki vəziyyətdə İranı qoruya biləcək yeganə  qüvvə, onun apardığı raket proqramı və raketlərinin gücüdür”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN