İran rəsmisi: “Britaniya tankerinə qoyulan həbs aradan qaldırılıb”

İran rəsmisi: “Britaniya tankerinə qoyulan həbs aradan qaldırılıb”

GünazTV: İranın Hormozqan əyaləti limanlarının baş direktoru Allahmurad Əfifipur sentyabrın 22-də jurnalistlərə açıqlamasında körfəzdə saxlanılan Böyük Britaniyaya məxsus “Stena İmpero” neft tankerinə qoyulan həbsin aradan qaldırıldığı ilə bağlı yayılan xəbərləri təsdiq edib.

 

O deyib ki, 65 gündür İranın Bəndər Abbas limanında saxlanılan Britaniya tankeri tezliklə azad edilərək, beynəlxalq sulara doğru hərəkətini davam etdirəcək: “Neft tankerinin Bəndər Abbas limanını tərk etməsi üçün son hüquqi və qanuni mərhələlər başa çatmaq üzrədir. Lakin tankerin qanun pozuntuları ilə bağlı dosyesinə hələ də məhkəmə orqanlarında baxılır” –deyə Hormozqan əyaləti limanlarının baş direktoru Allahmurad Əfifipur əlavə edib.

 

Qeyd edək ki, Stena İmperonun isveçli sahibi Erik Hannel sentyabrın 22-si səhər saatlarında mediaya açıqlamasında tankerin bir neçə saatda azad ediləcəyindən xəbər vermişdi.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq hökumətinin rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” (sonrakı Adrian Dərya 1) adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab addımı olaraq, Hörmüz boğazında  Britanıya bayrağı altında üzən “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

"Sepah"ın körfəzdəki sürət qayıqları

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN