İran rəsmisi: “Cəbəlüttariqdə saxlanılan neft tacnkerimiz tezliklə azad ediləcək”

İran rəsmisi: “Cəbəlüttariqdə saxlanılan neft tacnkerimiz tezliklə azad ediləcək”

GünazTV: İranın Naviqasiya və Limanlar Təşkilatının rəsmisi Cəlil İslami avqustun 13-də jurnalistlərə açıqlamasında ay yarıma yaxındır Böyük Britaniyanın dəniz qüvvələri tərəfindən Cəbəlüttariqdə saxlanılan “Grace 1” neft tankerinin son vəziyyətindən danışıb.

 

O bildirib ki, neft tankerinin azad edilməsi üçün rəsmi Tehranla London arasında aparılan danışıqlar davam edir: “Cəbəlüttariqdə saxlanılan neft tacnkerimiz tezliklə azad ediləcək. Neft tankerimizin azad edilməsi üçün iki ölkə arasında müəyyən sənədlər mübadilə edilib. Ümid edirik ki, hər hansı gerçək səbəbi olamdan, yalnız qərzçilik ucbatından saxlanılan bu tanker yaxın gələcəkdə azad edilə, İran İslam Respublikasının bayrağı altında hərəkət edəcək” –deyə İranın Naviqasiya və Limanlar Təşkilatının rəsmisi Cəlil İslami əlavə edib.

 

İran rəsmisinin bu açıqlamasından sonra Cəbəlüttariq hökuməti onun saxlanılan tankerin tezliklə azad ediləcəyi ilə bağlı dediklərini təkzib edib. Böyük Britaniyanın nəzarəti altında fəaliyyət göstərən Cəbəlüttariq hökumətindəki mənbələr jurnalistlərə açıqlamalarında bildiriblər ki, İran rejiminin “Grace 1” neft tankerinin tezliklə azad edilməsi ilə bağlı səsləndirdiyi bəyanatlar qeyri- gerçəkdir və reallıqla üst-üstə düşmür.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN