İran rəsmisi: “Hərbi qüvvələrimiz düşmənə sarsıdıcı cavab verməyə tam hazırdır”

İran rəsmisi: “Hərbi qüvvələrimiz düşmənə sarsıdıcı cavab verməyə tam hazırdır”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” quru qüvvələrinin komandanı Məhəmməd Pakpur, fevralın 22-də jurnalistlərə açıqlamasında ölkənin şimal-şərq bölgəsində keçirdikləri üç günlük “Pəyambər-i əzəm” hərbi təlimlərdən və onun nəticələrindən danışıb.

 

Pakpur bildirib ki, “Sepah” qüvvələri hərbi təlimlərdə əvvəlcədən təyin edilmiş bütün hədəflərinə nail olub: “Hərbi təlimlər prosesində hər hansı bir problem yaranmayıb və biz bütün hədəflərimizə çatmışıq. Bu təlimləri keçirməkdə məqsəd, İran İslam Respublikası düşmənlərinə bir mesaj göndərməkdir. O da budur ki, ölkəyə hakim sistemin tərəfdarı olan hərbi qüvvələrimiz istənilən vaxt dünya zülkmkarlarına və islam respublikası düşmənlərinə sarsıdıcı cavab verməyə tam hazırdır.

 

Hesab edirəm ki, düşmənlərimiz bizi təhdid etmək fikrindən daşınmalı, bunu başlarından çıxarmalıdır. Onlar bilməlidir ki, bizim təhlükəsizliyimizə qarşı atacaqları hər hansı bir addım qarşısında hərbi qüvvələrimizdən çox dağıdıcı və sarsıdıcı cavab alacaqlar”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN