İran rəsmisi: “İran silahlı qüvvələrinin heç kəslə zarafatı yoxdur”

İran rəsmisi: “İran silahlı qüvvələrinin heç kəslə zarafatı yoxdur”

GünAzTV: İran silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri dekabrın 10-da jurnalistlərə açıqlamasında xarici təhdiddən və İranın bunun qarşısını almaq üçün hərbi hazırlığından danışıb.

 

Məsud Cəzayiri Amerikanın bəzi siyasətçilərini İrana qarşı şüar verməkdə və boş-boş təhdid etməkdə günahlandırıb: “Bu gün, İran İslam Respublikasının hərbi qüvvələri hər zamandan daha çox İran körfəzində hazır durumdadır və bölgədə vəziyyətə tam nəzarət edir. Hazırda İran körfəzində təhlükəsizlik və hərbi baxımdan durum və şərait elədir ki, düşmən qüvvələri İran hərbçilərinin tam hədəfindədir. Əgər müharibə tərəfdarı olan amerikalılar və onların müttəfiqləri naşılıq edib qeyri-peşəkar bir addım atsalar, islam döyüşçülərinin kəskin cavabını alacaqlar.

 

İran İslam Respublikası silahlı qüvvələrinin təhlükəsizlik və müdafiə məsələsində heç kəslə zarafatı yoxdur. Elə buna görə də ölkəmizin sabitliyini təhlükə ilə üz-üzə qoymağa çalışan hər hansı bir xarici qüvvə, hərbçilərimizin möhkəm və kəskin reaksiyası ilə qarşılaşacaq”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN