İran rəsmisi: “İslam respublikasında gənclər arasında cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib”

2020-02-17 21:48

GünazTV: İranın QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri Minu Mohrəz fevralın 17-də jurnalistlərə açıqlamasında ölkədə qız və oğlanlar arasında geniş vüsət alan erkən cinsi münasibətdən və QİÇS (AİDS) xəstəliyinin yayılmasından danışıb.

 

O deyib ki, İran İslam Respublikasında gənclər arasında ilk cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib: “Hazırda ölkədə QİÇS-ə yoluxmuş 60 min xəstəmiz var. Bu rəqəm dünyada 30 milyon nəfərdir. Xəstəliyə yoluxmanın əsas yolları isə təhlükəsiz cinsi əlaqəyə girmək, narkomanların müştərək iynələrdən istifadə etməsi və xəstəliyin hamilə anadan bətnində daşıyan uşağına keçməsidir.

 

Bu gün ölkədə cinsi təmas yolu ilə QİÇS-ə yoluxan xəstələrin sayının gündən-günə artması ciddi nigaranlığa səbəb olub. QİÇS daşıyıcısı olan 15-16 yaşlarında olan gənclərin tez-tez bizə müraciət etməsi də buna bir sübutdur. Təəssüflər olsun ki, aparılan araşdırmaların nəticələri göstərir ki, hazırda ölkədə qız və oğlanlar arasında cinsi əlaqəyə girmə yaşı cavanlaşaraq 13-14 yaşa enib.

 

Heç kəs uşaqlara və yeniyetmələrə cinsi əlaqəyə girmə yollarını öyrətmək niyyətində deyil. Lakin düşünürəm ki, ən azından onlara təhlükəsiz cinsi təmasın nə olduğunu öyrətməliyik. Yazıqlar olsun ki, nə valideynlər, nə də məktəblər bu mövzularda uşaqlara və yeniyetmələrə məlumat vermirlər. Məhz həmin səbəbə görə də, uşaqlar bu kimi məsələlər barədə internetə müraciət edir, məlumatlarını oradan əldə edirlər.

 

Hazırda yeniyetmələr arasında cəmiyyət dəyərlərinə zidd rəftar və hərəkətlər baş alıb gedir və onların bir qismi də peyk vasitələri ilə ölkəyə yayılan Kolumbiya və Türkiyə seriallarının təsiri altına düşərək onlardan nümunə götürürlər” -deyə, İranın QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri Mina Mohrəz jurnalistlərə verdiyi açıqlamasında bəyan edib.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranın üç etirazçıya qarşı çıxardığı edam hökmü kəskin etirazlara səbəb olub- Dünya liderləri qərarı qınayıblar

2020-07-16

gun az article

İranda daha 198 nəfər koronavirisdan ölüb, 2500 yeni “Covid-19” pandemiyasına yoluxma halı qeydə alınıb

2020-07-16

gun az article

“Təcriş” xəstəxanasının tibbi personalından olan 172 nəfər koronavirusa yoluxub

2020-07-16

gun az article

Tehranda ticarət mərkəzində yanğın baş verib

2020-07-16

gun az article

İranlı qadın siyasi fəalın qardaşı 8 il həbsə məhkum edilib

2020-07-16

gun az article

İranda dolların məzənnəsi yeni rekord səviyyəyə çatıb

2020-07-16

gun az article

Kürdüstan əyalətində yaraqlı kürdlərin silahlı hücumunda “Bəsic” təşkilatının 2 üzvü həlak olub, 1-i yaralanıb

2020-07-16

gun az article

İranda bir gündə iki zavod yanıb- VİDEO

2020-07-15

gun az article

İranın sabiq "Sepah" komandanına məxsus xəbər agentliyindən Ermənistanın son təxribatına açıq-aşkar dəstək

2020-07-15

gun az article

İranlı rəsmi: “Son 5 ayda 10 mindən çox tibb işçisi koronavirusa yoluxub”

2020-07-15

gun az article

İranda boş evlərdən vergi tutulacaq

2020-07-15

gun az article

Həsən Ruhani prezidentlik postundan istefa verməsi ilə bağlı deyilənləri rədd edib

2020-07-15

gun az article

İranda daha 199 nəfər koronavirusdan vəfat edib, 2388 nəfər xəstəliyə yoluxub

2020-07-15

gun az article

Rəsmi Kiyev: "İranın təyyarəmizi vurması ilə bağlı çoxlu suallarımız var"

2020-07-15

gun az article

İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”

2020-07-15

gun az article

İranın İsfahan və Yasuc şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-15

gun az article

İlam əyalətində “Covid-19” infeksiyasına yoluxanların sayı 4386 nəfərə çatıb

2020-07-14

gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14