İran rəsmisi: “Kirmanşah əyalətində terrorçularla əlaqədə olan 50 nəfər tutulub”

2017-06-25 19:08

GünAzTV: İranın Kirmanşah əyalətinin inqilab prokuroru Məhəmmədhüseyn Sadiqi iyunun 25-də jurnalistlərlə görüşündə “terrorçu qruplarlar”la əlaqədə olan və onlara dəstək verən 50 nəfərin yaxalanmasından danışıb.

 

Sadiqi bildirib ki, son günlər Kirmanşah əyalətinin müxtəlif bölgələrində polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyatlarda terrorçu qruplaşmalarla əməkdaşlıq edən 50 nəfərdən çox adam həbs edilib: “Tutulanlardan külli miqdarda silah-sursat, partlayıcı maddələr, elektron qurğular və intihar kəmərləri aşkarlanaraq götürülüb. Hazırda hüquq-mühafizə qüvvələrimiz Kirmanşahın müxtəlif bölgələrində, o cümlədən də əyalətin sərhədyanı məntəqələrində vəziyyətə ciddi nəzarət edir və sərhəd zonasında atəşmaların getdiyi ilə bağlı irəli sürülən iddialar əsassızdır və biz yayılan bu kimi məlumatları təkzib edirik”.

 

 

Kirmanşah prokuroru, tutulan şəxslərin kimliyi və onların konkret hansı siyasi cərəyana bağlı olması barədə hər hansı bir məlumat verməyib.

 

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30-da İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum olub. 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçilərə atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə hökumət qüvvələri ilə atışmada həlak olub. Eyni hücum, Xomeyni məqbərəsinə də olub. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri yaxalanıb. Hər iki olayda 18 nəfər ölüb, 52  nəfərdən çox insan yaralanıb.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD hər iki hücumun məsuliyyətini öz üzərinə götürüb. Az sonra isə hücumçuların İranın İŞİD-ə qoşulmuş kürd vətəndaşları olduğu bəlli olub.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020 : “Amerika BMT-dən Çindən hesabat istəməyi yələb etdi.”

2020-09-23

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22