İran rəsmisi: “Kürdistan əyalətində Tehran teraktları ilə əlaqədə olan daha 6 nəfər yaxalanıb”

2017-06-11 16:10

GünAzTV: İranın Kürdistan əyalətinin baş prokuroru Əli Əkbər Gərusi iyunun 11-də jurnalistlərə açıqlamasında Tehran teraktları ilə əlaqədə olan daha 6 nəfərin həbs edilməsindən danışıb.

 

O bildirib ki, İranın təhlükəsizlik qüvvələri yerli hüquq-mühafizə qüvvələri ilə Kürdistan əyalətinin müxtəlif bölgələrində birgə əməliyyat keçirib: “Əməliyyat nəticəsində Tehrandakı terror aktları ilə birbaşa əlqədə olan 6 nəfər yaxalanıb. Tutulanlar hazırda dindirilir və terror olayları ilə bağlı daha bir neçə nəfərin kimliyi artıq müəyyənləşdirilib və həmin şəxslər də yaxın günlərdə həbs ediləcək.

 

Kürdistan ruhaniləri və yerli əhali Tehranda baş verən teraktlardan çox narahatdır. Elə buna görə də, onlar terrorçuların yaxalanması üçün hüquq-mühafizə qüvvələri ilə əməkdaşlıq edir, onlara yardım göstərirlər. Məhz bunun üçün də onlara öz təşəkkürümü bildirirəm”.

 

Əli Əkbər Gərusi, tutulan 6 nəfərin kimliyi barədə media nümayəndələrinə hər hansı bir məlumat verməyib. açıqlamayıb.

 

Xatırladaq ki, ETTELAAT rəhbəri Mahmud Ələvi iyunun 10-da dövlət televiziyasına açıqlamasında parlamentə və Xomeyni məqbərəsinə silahlı hücumlarla bağlı kürdlərin yaşadığı bölgələrdə, o cümlədən də Kirmanşah şəhərində daha 43 nəfərin yaxalanmasından və hər iki terakta rəhbərlik edən şəxsin ölkə sərhədlərindən kənarda öldürülməsindən xəbər vermişdi.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam ediblər.

 

Eyni hadisə,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki olayda 17 nəfərin öldüyü, 50  nəfərdən çox insanın isə yaralandığı bildirilir.  

 

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb. Az sonra isə isə hücumçuların İŞİD-ə qoşulmuş və milliyyətcə kürd olan İran vətəndaşları olduğu bəlli olub.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10