İran rəsmisi: “Ölkədə 200 min peşəkar oğru var”

İran rəsmisi: “Ölkədə 200 min peşəkar oğru var”

GünAzTV: İran hüquq-mühafizə qüvvələri komandanının müavini Əyyub Süleymani jurnalistlərə açıqlamasında ölkədə oğruların sayının artmasından danışıb.

 

Son illər İran İslam Respublikasında oğurluq hallarının getdikcə artdığını bildirən Süleymani deyib ki, oğruların sayının gündən-günə artması, əsasən ölkədə yaşanan iqtisadi böhran, işsizlik və narkomaniya ilə əlaqədardır: “Təəssüflər olsun ki, hazırda ölkədə 200 min peşəkar oğru var. Ölkə üzrə qeydə alınan oğurluq hallarının 65%-i, keçmişdə barələrində cinayət işi açılmış həmin oğrular tərəfindən baş verir.

 

Həmçinin, ölkədə ilk dəfə olaraq oğurluğa əl atanların sayı sürətlə artır. Həmin şəxslər, oğurladıqları malı aparıb müyyən müştərilərinə satırlar. Elə buna görə də hesab edirəm ki, oğurluq malını alan şəxslərin fəaliyyətini polis daha çox diqqət mərkəzində saxlamalıdır. Hazırda oğurluqların 70%-i əsasən ölkənin 10 əyalətində, o cümlədən də Tehran, Əlbürz, Xuzistan, Kirman, Rəzəvi Xorasan, Fars və İsfahan əyalətlərində və onların mərkəzlərində baş verir.

 

Oğurluq hallarının son illər, xüsusən də ötən il artmasının səbəbinə gəlincə, hesab edirik ki, bu daha çox, ölkədə mövcud olan iqtisadi problemlər, baş alıb gedən işsizlik, iri şəhərlər ətrafında meydana çıxan gecə qonduların sayının artması, narkomanlara nəzarətin zəifliyi və digər məsələlərlə əlaqədardır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN