İran rəsmisi: “Raketlərimizin mənzili gündən-günə artır”

İran rəsmisi: “Raketlərimizin mənzili gündən-günə artır”

GünazTV: İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin əməliyyat üzrə müavini Mehdi Rəbbani avqustun 5-də Şəhriyar şəhərində Suriya savaşında həlak olmuş 22 əfqan muzdlusu ilə bağlı keçirilən tədbirdə çıxış edərək İran raketlərinin gücündən danışıb.

 

O bildirib ki, istər region, istərsə də regiondan kənar ölkələrdən heç biri quru savaşda İran qarşısında dayana bilməyəcək: “Bizim raketlər qabaqlayıcı gücə malikdir. Onlar hər hansı bir xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulub. Hazırda isə raketlərimizin mənzili gündən-günə artır.

 

Bizim silahlı qüvvələrimizin regiona təsirinə gəldikdə, müsəlman ölkələrin bizdən və hərbi gücümüzdən aldığı təsir nəticəsində bizim müqavimət cəbhəmiz artıq İsrail sərhədlərinə çatıb. Belə ki, bu gün Livan “Hizbullah”ı və “Həmas” əvvəlki illərlə müqayisədə çox gücləniblər və onların artıq bizim yardımımıza ehtiyacı yoxdur. İsrailin isə bütün bölgələri Livan “Hizbullah”ının hədəfindədir” –deyə Mehdi Rəbbani əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN