İran rəsmisi: “Saxta spirtli içki qurbanlarının sayı 42-ə çatıb”

İran rəsmisi: “Saxta spirtli içki qurbanlarının sayı 42-ə çatıb”

GünAzTV: İranda əldəqayırma saxta spirtli içki qurbanların sayı 42 nəfərə çatıb. Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi oktyabrın 1-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, son üç həftədə saxta və əldəqayırma alkoqollu içkilərdən zəhərlənən 460 nəfər tibb mərkəzlərinə müraciət edib: “Həmin şəxslərdən 42-si həyatını itirib, 16-sı isə görmə qabiliyyətini itirərək kor olub, 170 nəfərin isə böyrəyində ciddi problemlər yaranıb. Saxta içkilərdən ölən və ya zəhərlənənlər, əsasən Hormozqan, Şimali Xorasan, Fars, Kohkiluye və Boyer Əhməd və Əlbürz əyalətlərində yaşayan vətəndaşlardır. Ölənlərin ən cavanı 19 yaşlı bir qız, ən yaşlısı isə 57 yaşı olan bir kişidir”.

 

 

Qeyd edək ki, İrana hakim şərit qanunlarına görə, dini azlıqlardan, (xristianlar, yəhudilər və zərdüştilər) olmayan vətəndaşların alkoqollu içkiləri saxlaması və ya içməsi qadağandır. Qanunu pozanlar isə 80 şallaq zərbəsinə məhkum edilir. Məhz, həmin qadağa və məhdudiyyətləri nəzərə alaraq, ölkənin müsəlman əhalisi həyatlarını təhlükəyə ataraq, əldəqayırma yolla hazırlanmış qeyri-standard alkoqollu içkilərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə ölüm təhlükəsi ilə yanaşı, çox hallarda onları görmə qabiliyyətlərini itirmək riski ilə üz-üzə qoyur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN