İran rəsmisi Tehranda 70 velosipedçi qadının həbs edildiyini təsdiqləyib

İran rəsmisi Tehranda 70 velosipedçi qadının həbs edildiyini təsdiqləyib

GünazTV: Tehranın Vəliyyi-əsr meydanında kollektiv şəkildə velosiped sürən 70 qadın həbs edilib. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili iyulun 30-da jurnalistlərə açıqlama verib.

 

Velosipedçi qadınların saxlanılması ilə bağlı yayılan xəbərləri təsdiq edən sözçü, xanımların kütləvi həbsini onların velosiped sürməsi ilə yox, hicab qaydalarına riayət etməməsi ilə əlaqələndirib: “Qadınların həbsi, onların velosiped sürməsi iə bağlı olmayıb. Məsələ hicab qaydalarına riayət olunmaması ilə bağlıdır. Bizim üçün əhəmiyyət daşıyan əsas məsələ, qanuna riayət olunması və onun icrasıdır. Lakin həmin qadınlar hicab qaydalarını pozduqlarına görə həbs ediliblər” –deyə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili əlavə edib.

 

İran Məhkəmə Sisteminin sözçüsü velosipedçi qadınların həbs edildiyi tarixi mediaya açıqlamayıb.

 

Bundan əvvəl İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtikar hakimiyyətdəki bəzi ruhanilərin qadınların velosiped sürməsinə qadağa qoymasına etiraz bildirmişdi: “Velosiped motosiket deyil ki, onu sürmək üçün prava (gəvahinamə) almaq məcburiyyətində qalasan. Bizdə bəzi xanımlar keçmişdə yaxın yerlərə getmək üçün velosipeddən istifadə ediblər. Bizdə, qadınlara velosiped sürməyi qadağan edən konkret bir qanunun yoxdur” –deyə Məsumə Ebtikar vurğulamışdı.

 

İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtikar

 

Qeyd edək ki, İranda qadınların küçə və meydanlarda, parklarda və digər ictimai yerlərdə velosiped sürməsi qadağandır. Son illər, həmin qadağaya riayət etməyən onlarla qadın paytaxt küçələrində velosiped sürərkən həbs edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN