İran rəsmisi: “Vəziyyət belə getsə, aviasiya şirkətlərinin fəaliyyəti 3 aya dayandırıla bilər”

İran rəsmisi: “Vəziyyət belə getsə, aviasiya şirkətlərinin fəaliyyəti 3 aya dayandırıla bilər”

GünAzTV: İran Aviasiya Şirkətləri Assosiasiyasının icraçı direktoru Maqsud Əsədi Samani oktyabrın 19-da jurnalistlərə açıqlamasında İran Mərkəzi Bankının aviasiya şirkətlərinin xarici valyutata olan ehtiyacını təmin etməməsindən və bunun həmin şirkətlərin fəaliyyətinə mənfi təsirindən danışıb.

 

O bildirib ki, əgər İranın Mərkəzi Bankı hökumətin qoyduğu məzənnə ilə aviasiya şirkətlərinin xarici valyutaya ehtiyacını təmin etməkdən boyun qaçırsa, həmin şirkətlərin fəaliyyəti qarşıdan gələn aylarda dayandırıla bilər: “Verilən proqnozlara əsasən, vəziyyət belə getsə, ölkənin aviasiya şirkətləri maksimum 3 ay davam gətirə bilərlər. Belə ki, həmin müddətdən sonra onlar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qala bilərlər.

 

Təəssüflər olsun ki, İran Mərkəzi Bankı, hökumətin təyin etdiyi məzzənnə ilə aviasiya şirkətlərinə valyuta ayırmaqdan imtina edir, bu xüsusda səhlənkarlıq edir. Belə olduqda isə biz, valyutaya olan ehtiyacımızı qara bazardan təmin etmək, biletlərin qiymətini isə azad və ya qara bazar məzənnəsinə uyğun mühasibə etmək məcburiyyətində qalırıq. Bu isə çoxlu problemlərə səbəb olur”.

 

 

Qeyd edək ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, son vaxtlar İran Mərkəzi Bankı bildirib ki, aviasiya şirkətlərinin valyutaya olan ehtiyacını artıq hökumətin qoyduğu məzənnə ilə təmin etməyə qadir deyil.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN