İran rəsmisi: “Xarici limanların əksəriyyəti İran gəmilərinin girişinə qadağa qoyub”

İran rəsmisi: “Xarici limanların əksəriyyəti İran gəmilərinin girişinə qadağa qoyub”

GünAzTV: İran Gəmiçilik Assosiasiyasının baş direktoru Məsud Polmeh yanvarın 8-də jurnalistlərə açıqlamasında Amerikanın Tehrana qarşı sanksiyalarının ardınca İran gəmilərinin xarici ölkə limanlarında üzləşdiyi problem və məhdudiyyətlərdən danışıb.

 

Polmeh bildirib ki, Amerikanın İrana qarşı sanksiyaları genişləndirməsindən sonra dəniz nəqliyyatı sektorunda fəaliyyət göstərən 20 xarici şirkət əməkdaşlığını dayandıraraq, İran limanlarını tərk ediblər: “Təəssüflər olsun ki, hazırda xarici ölkə limanlarının əksəriyyəti İran gəmilərinin girişinə qadağa qoyublar. Maraqlıdır ki, gəmilərimizin öz limanlarında lövbər salmasına icazə verməyən həmin ölkələrin bəziləri bizə dost və qardaş sayılan ölkələrdir”.

 

Məsud Polmeh həmçinin bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar və ölkədə valyuta məzənnəsinin dəyişkənliyi ucbatından İranın dəniz nəqliyyat sektorunda çalışan işçi qüvvəsinin sayında 40 faiz ixtisar edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN