İran rəsmisi: “Xarici şirkətlər bizə satdıqları malın pulu əvəzinə bizdən neftimizi ala bilərlər”

İran rəsmisi: “Xarici şirkətlər bizə satdıqları malın pulu əvəzinə bizdən neftimizi ala bilərlər”

GünazTV: İran Milli Neft Şirkətinin icraçı direktoru Məsud Kərbasiyan mayın 1-də jurnalistlərə açıqlamasında İrana mal satan xarici şirkətlərdən və qarşılıqlı ticarət əlaqələrindən danışıb.

 

İranla ticari əlaqələri olan xarici şirkətlərin İranın neft sektorunun inkişafı üçün ölkədə sərmayə yatıracağına ümidvar olduğunu bildirən Məsud Kərbasiyan, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarına toxunaraq deyib ki, İran xarici şirkətlərdən aldığı malın qarşılığında onlara neft verməyə hazırdır: “Hesab edirik ki, xarici şirkətlər istədikləri surətdə bizə satdıqları mallarn pulu əvəzinə bizdən xam neftimizi ala bilərlər. Onlar həmçinin bizim neft sənayesi sektorunda sərmayə qoyaraq, qarşılığında neftimizi təhvil ala bilərlər” –deyə Məsud Kərbasiyan əlavə edib.

 

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin İrandan neft alan 8 ölkəyə öz neft ehtiyaclarını təmin etmək üçün alternativ variant axtarıb tapmaq üçün verdiyi 180 günlük möhlətin vaxtı mayın 2-də başa çatır. Bu günə qədər Amerikanın sanksiyalarından istisna edilən həmin 8 ölkə, mayın 2-dən sonra İrandan neft alışını tamamilə dayandırmalıdırlar. Əks təqdirdə, Vaşinqtonun ağır sanksiyalarına məruz qalacaqlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN