İran rəsmisi: “Zəlzələdən xəsarət alanların sayı 729 nəfərə çatıb”

İran rəsmisi: “Zəlzələdən xəsarət alanların sayı 729 nəfərə çatıb”

GünAzTV: İranın Kirmanşah əyalətinin ostandarı Huşəng Bazvənd noyabrın 26-da jurnalistlərə açıqlamasında iki gün əvvəl baş vermiş zəlzələ bölgəsindəki vəziyyətdən danışıb.

 

Zəlzələdən zərər çəkənlərə ilkin tibbi və qida yardımı göstərildiyini bildirən Huşəng Bazvənd deyib ki, zəlzələdən ağır bədən xəsarəti alanlardan 18-i hazırda ciddi həkim nəzarətində saxlanılır: “Zəlzələdən müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı artıq 729 nəfərə çatıb. Xəsarət alanların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Zəlzələ nəticəsində əyalətin 31 kəndində əhaliyə verilən içməli su kəsilib, elektrik xətləri sıradan çıxıb.

 

Təbii fəlakət nəticəsində evləri tamamilə və ya qismən dağılmış kənlilər müvəqqəti olaraq başqa yerlərdə məskunlaşdırılıblar. Həmçinin zəlzələdən zərər çəkmişlər arasında, onların üç günlük ehtiyacını təmin edəcək qida və ərzaq malları paketləri paylanılıb. Hazırda isə bölgədə kəsilmiş elektrik xətlərini bərpa etməyə çalışırıq”.

 

 Xatırladaq ki, noyabrın 25-i yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.  

 

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Sərpol Zəhabın 17, Qəsr Şirinin 18, Gilanqərbin isə 33 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində əyalətin bir çox yerlərində sular kəsilib, elektrik xətləri sıradan çıxıb, bir çox evlərdə çatlar və dağıntılar əmələ gəlib.

 

Güclü zəlzələ, İranın Sənəndəc, Həmədan, İlam, Loristan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Ərdəbil və Gilan şəhər və əyalətlərində, eləcə də İraq paytaxtı Bağdadda da hiss olunub.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN