İran rəsmisi: “Zərifin iştirakı ilə İran parlamentinin qapalı iclası keçirilib”

İran rəsmisi: “Zərifin iştirakı ilə İran parlamentinin qapalı iclası keçirilib”

GünAzTV: Oktyabrın 11-də İran parlamentinin regionda baş verən olaylarla bağlı qapalı iclası keçirilib. Bu barədə parlamentin rəyasət heyətinin sözçüsü Behruz Neməti jurnalistlərə açıqlama verib.

 

Neməti bildirib ki, İclasa İran xarici işlər naziri Məhəmmədcavad Zərif və müavinləri qatılıb: “İclasda əsasən üç məsələ üzərində, yəni Suriya məsələsi və bu ölkədə baş verən son olaylar, İraq Kürdistanında keçirilmiş referendum və İran, Türkiyə və İraqın mərkəzi hökumətinin bununla bağlı birgə əməkdaşlığı, eləcə də Amerikanın ölkəmizlə bağlı elan edəcəyi yeni strategiyası haqda fikir mübadiləsi aparılıb”.

 

ABŞ-ın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etmək niyyəti olduğu barədə yayılan məlumatlara toxunan Neməti deyib ki, əgər Amerika belə bir addım atarsa, bu Vaşinqtona baha başa gələcək: “Sepah” bütün İran millətinə məxsusdur. Ölkəmizdə az ailə tapmaq olar ki, onda bir “Bəsic”i və ya “Sepah”çı olmasın. Elə buna görə də amerikalıların “Sepah”a qarşı sanksiya tətbiq etməsi asan iş deyil. Çünki onda bütün İran millətinə sanksiya qoymalı olacaqlar”.

 

Behruz Neməti parlamentin qapalı iclasında haqqında danışılan mövzuların və aparılan söhbətlərin təfərrüatını mediaya açıqlamayıb.

 

                                      İranın xarici işlər naziri Məhəmmədcavad Zərif

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir.

 

ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp, Vaşinqtonun İranla bağlı yeni strategiyasını, ölkəsinin nüvə sazişi ilə bağlı mövqeyini və onun bu sazişdə qalıb-qalmayacağını oktyabrın 15-də açıqlayacaq.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN