İran “rial”ı sürətlə dəyərini itirir. 1 ABŞ dollarının məzənnəsi 11 min 500 tümənə yüksəlib

İran “rial”ı sürətlə dəyərini itirir. 1 ABŞ dollarının məzənnəsi 11 min 500 tümənə yüksəlib

GünAzTV: İranın milli valyutası olan “rial”ın dollar qarşısında dəyərini sürətlə itirməsi hakimiyyətdə və cəmiyyətdə ciddi nigaranlığa səbəb olub.

 

“Rial”ın bir neçə saatda sürətlə çöküşü, İranın Mərkəzi Bankına yeni sədr təyin edilməsindən 4 gün sonraya təsadüf edib. İran prezidenti Həsən Ruhani, iyulun 25-də milli valyutanın sürətlə çöküşünü və ölkədə inflyasiyanın baş alıb getməsini nəzərə alaraq, İran Mərkəzi Bankının keçmiş sədri Vəliyullah Seyfi tutduğu vəzifədən azad edərək yerinə Əbdülnasir Hemmətini gətirib.

 

İyulun 29-da günorta saatlarına qədər 9 min 500 tümənə satılan 1 ABŞ dollarının məzənnəsi təkcə bir neçə saatda 2 min tümən bahalaşaraq 11 min 500 tümənə qalxıb. Bununla da “rial”ın dəyərdən düşməsi yeni rekord vurub. Dolların məzənnəsinin durmadan artması, valyuta və qızıl bazarlarında təlatümə, əhalinin isə gündəlik istifadə etdiyi ərzaq mallarının qiymətinin kəskin artmasına səbəb olub.

 

Ölkədə iqtisadu durumun kəskin pisləşməsini nəzərə alaraq, İran Mərkəzi Bankı iyulun 29-da bəyanat yayaraq valyuta bazarında baş verən təlatümə, dolların dəyərinin kəskin bahalaşmasına reaksiya verib. Bəyanatda bildirilir ki, valyuta və qızıl bazarlarında baş verən dəyişikliklər ölkənin iqtisadi gerçəklikləri ilə üst-üstə düşmür: “Valyuta bazarında  müşahidə olunan dəyişikliklər, daha çox düşmənlərin fitnə və planı əsasında baş verir. Məqsəd isə ölkə iqtisadiyyatına xələl gətirmək, onu zəiflətmək və psixoloji baxımdan insanların asayişini pozaraq onlara təsir etməkdir”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN