İran Rusiyadan 130 ton uran konsentratı alacaq

İran Rusiyadan 130 ton uran konsentratı alacaq

GünAz TV: İran Rusiyadan 130 ton uran konsentratı alacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, transfer Amerika Birləşmiş Ştatları (ABŞ) və digər “altılıq” ölkələri ilə razılaşdırılıb.

 

2015-ci ildə İran Rusiyaya tədarük etdiyi 11 ton az zənginləşdirilmiş uranın qarşılığında 197 ton uran konsentratı alıb. İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Buşəhr AES-də (niruqah) istehsal olunan zənginləşdirilmiş uranın Rusiyada uran filizinin konsentratı ilə dəyişdiriləcəyini bildirmişdi.

 

Qeyd olunan məsələlər Vyanada iyulun 14-də İranın nüvə proqramına dair qəbul olunan birgə hərtərəfli tədbirlər planı ilə nəzərdə tutulub. Qeyd edək ki, hər il 300 kq yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN