İran saytı: “Parlamentə və Xomeyni məqbərəsinə qarşı silahlı hücumda ölənlərin sayı 8 nəfərə çatıb” - FOTOLAR

İran saytı: “Parlamentə və Xomeyni məqbərəsinə qarşı silahlı hücumda ölənlərin sayı 8 nəfərə çatıb” - FOTOLAR

GünAzTV: İran parlamentinə  və ayətullah Xomeyni məqbərəsinə qarşı intihar hücumunda ölənlərin sayı 8 nəfərə çatıb. Bu barədə İranın “İlna” agentliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hökumət qüvvəələri ilə hücumçular arasında baş verən atışmada hücumçulardan biri yaralanaraq tutulub, biri intihar edib, 2-si isə özünü partladıb. Hücumda həmçinin bir neçə nəfərin yaralandığı bildirilir.

 

Həm parlamentə və həm Xomeyni məqbərəsinə gedən bütün yollar polis və təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Hücumçuların kimliyi və hansı siyasi cərəyana bağlı olduqları hələlik bilinmir.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri intihar əməliyyatı keçirərək özünü partladıb. Nəticədə ən azı 2 mühafizəçi və bir deputat həlak olub.

 

Hücumçulardan 3-ü isə parlament binasının şamal hissəsindəki korpuslardan birinə qaçaqraq bir neçə nəfəri girov götürüb. Hazırda həmin məhəllin mühasirəyə alındığı bildirilir.

 

Həmçinin Tehranın Behişti Zəhra qəbiristanlığı yaxınlığında yerləşən ayətullah Xomeyninin məqbərəsinə də silahlı hücum olub. Biri qadın olmaqla üç silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə odlu üsilahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir.

 

 

 

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN