İran səfiri: "Azərbaycandan İrana yardım təklif olunub"

İran səfiri:

GünAz TV: “İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

 

Bunu APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: “Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.

 

Səfir İranda baş vermiş zəlzələdə ölən və xəsarət alanlarla bağlı da məlumat verib.

 

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN