İran səfiri “Sepah”ın raket hücumuna etiraz əlaməti olaraq İraq XİN-ə çağırılıb

İran səfiri “Sepah”ın raket hücumuna etiraz əlaməti olaraq İraq XİN-ə çağırılıb

GünAz TV: İraq Xarici İşlər Nazirliyi “Sepah” terror təşkilatının Amerikanın bu ölkədə yerləşən hərbi bazalarına hücumuna etiraz edib.

 

Bu məqsədlə Xarici İşlər Nazirliyinə çağırılan İranın Bağdaddakı səfirinə İraq tərəfinin etiraz notası təqdim edilib. İraq XİN “Sepah”ın bu addımını ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib.

 

Xatırladaq ki, “Sepah” Qasım Süleymaninin öldürülməsinə cavab olaraq yanvarın 8-i axşam saatlarında ABŞ-ın İraqda yerləşən 2 bazasına raket zərbələri endirmişdi. İran tərəfi hücum nəticəsində 80 amerikalı hərbçinin öldüyünü, 200-dən çoxunun yaralandığını iddia etsə də, rəsmi Vaşinqton bunu təkzib etmişdi.

 

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif hücumdan qabaq İraq tərəfini məlumatlandırdıqlarını və raketlərin Süleymaniyə qarşı əməliyyatın keçirildiyi bazaya atıldığını demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN