İran sərhədçilərindən qeyri-insani rəftar- əfqan ailə uşaqları ilə birlikdə atəşə tutulub

İran sərhədçilərindən qeyri-insani rəftar- əfqan ailə uşaqları ilə birlikdə atəşə tutulub

GünAz TV: Yerli mənbələrin xaricdə fəaliyyət göstərən farsdilli media orqanlarına verdiyi məlumata görə, mayın 19-da İran Dövlət Sərhəd Xidməti əməkdaşları əfqan ailəni atəşə tutub.

 

Bəlucistan vilayətində uşaqları ilə sərhədi keçməyə çalışan ailənin olduğu yük maşını iranlı hərbçilər tərəfindən gülləbaran edilib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Yaralı halda olan ailə hərbçilər tərəfindən tutulub. Onların silahsız olduğu bildirilir.

 

Xatırladaq ki, bu hadisədən bir həftə öncə İran Xarici İşlər Nazirinin müavini Amerika Birləşmiş Ştatlarının təzyiqləri və Avropanın nüvə razılaşmasının hifz edilməsində “qeyri-fəallığı”na etiraz olaraq, əfqan mühacirlərin kütləvi şəkildə ölkədən çıxarılmasının təmsil etdiyi dövlətin agendasına salındığını demişdi.

 

Rəsmi Tehran baxmayaraq ki, həmişə Əfqanıstanla “dost” və “qardaş” ölkə olduğunu iddia edir, lakin hər zaman İranda yaşayan əfqan mühacirlərə qarşı qeyri-insani davranış sərgiləyir.

 

Xüsusilə, “Sepah” İranda yaşayan əfqan mühacirlər və məhkumları zorla Suriyaya göndərərək, orada Bəşər Əsədin müxalifləri ilə döyüşmək üçün onlardan ibarət “Fatimiyun ordusu” yaradıb.

 

Əfqan mühacirlər bildirirlər ki, “Sepah” onları zorla Suriyaya göndərib. Belə ki, onlar Suriyada gedən vətəndaş müharibəsinə qatılmayacaqları təqdirdə, özlərinin və ailələrinin ölkədən çıxarılaraq, Əfqanıstana qaytarılacağı ilə təhdid ediliblər.

 

İlk vaxtlar “Sepah” əfqan mühacirləri Suriyaya göndərməyi dansa da, daha sonra bunu qəbul etmək məcburiyyətində qalmış və “Fatimiyun ordusu”nu İranın “strateji ordusu” adlandırmışdı. Hətta “dini lider” Əli Xamneyi bu ilin Novruz bayramında Məşhəddə qeyd edilən əfqan qruplaşmasının Suriyada öldürülən üzvlərinin ailələri ilə görüşdə onların göstərdikləri “rəşadəti” öymüşdü.

 

Digər tərəfdən, Herat Miqrasiya Xidmətinin yaydığı məlumata əsasən, İran XİN-in rəsmisinin 1 həftə öncəki çıxışından sonra bu günə qədər artıq 2200 əfqan mühacir bu ölkədən deportasiya edilib, Əfqanıstana göndərilib. Onların arasında həyat yoldaşı olmayan uşaqlı qadınlar da var.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN