İran Strateji Araşdırmalar Mərkəzinin analitiki region ölkələrini “məhv” edəcəkləri ilə hədələyib- Foto

İran Strateji Araşdırmalar Mərkəzinin analitiki region ölkələrini “məhv” edəcəkləri ilə hədələyib- Foto

GünAz TV: İran prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin siyasi təhlilçisi Diyako Hüseyni Vaşinqtonla Tehran arasında cərəyan edən son gərginliklərdən danışb.

 

“İrna” agentliyi ilə müsahibəsi zamanı təhlilçi ölkəsinin məhdud müharibə anlayışını tanımadığını önə çəkərək, Amerikanın İrana qarşı bu formada müharibə “apara bilməyəcəyini” iddia edib. O, müharibə başlayarsa, İranın təslim olmayacağını, sona qədər döyüşəcəyini deyib.

 

Diyako Hüseyni ölkəsinin hansı formada döyüşəcəyini izah edərkən bildirib ki, Amerikanın İrana hücumu reallaşarsa, İran da öz növbəsində region ölkələrinə təcavüz edib, onları “yer üzündən siləcək” və “geriyə həmin ölkələrin sivilzasiyasından heç bir işarə belə qalmayacaq”.

 

Diyako Hüseyni

 

O, ad çəkməsə də, həmin ölkələrin regionda ABŞ-ın müttəfiqləri olduğunu bildirib. Eləcə də, təhlilçinin bu sözləri göstərir ki, ölkəsi özünə düşmən hesab etdiyi dövlətləri sivil əhali ilə birlikdə “məhv” etmək niyyətindədir.

 

Qeyd etmək lazımdır ki, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif mayın 26-da öz iraqlı həmkarı ilə görüşü zamanı körfəzdə yerləşən qonşu ölkələrlə normal münasibətlər qurmaq istədiklərini və bu istiqamətdə onlara “təcavüzkarlıqdan çəkinmə” ilə bağlı müqavilə imzalamağı təklif etdiklərini demişdi. Lakin həmin günün səhəri körfəz ölkələri Zərifin dediklərini təkzib etmişdilər və İran tərəfindən onlara belə təklifin edilmədiyini bildirmişdilər.

 

İran hər zaman qonşu ölkələrin sabitliyi, inkişafı və müstəqilliyini qəbul edə bilməmiş, hər zaman onlara qarşı düşmən münasibət bəsləmiş və təxribatçı siyasət yürütmüşdür.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN