İran Suriyadan “Hizbullah” terrorçularını çıxarır- Sanksiyaların yaratdığı iqtisadi problemlərə görə- Foto

İran Suriyadan “Hizbullah” terrorçularını çıxarır- Sanksiyaların yaratdığı iqtisadi problemlərə görə- Foto

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti məlumat yayaraq, İranın hazırda Suriyadan “Hizbullah” terrorçularını çıxardığını bildirib.

 

Məlumata əsasən, buna səbəb Amerika sanksiyalarının İran iqtisadiyyatını iflic etməsi, nəticədə rəsmi Tehranın terrorçuların muzdlarını verə bilməməsidir. Dövlət Departamenti həmçinin qeyd edir ki, sanksiyalar “Sepah” və “Həmas” kimi təşkilatların da terror fəaliyyətlərinə ciddi təsir göstərib. Bu terror təşkilatları da maliyyə çatışmazlığı səbəbindən əvvəlki dövrlər kimi fəaliyyət göstərə bilmirlər.

 

Qeyd etmək lazımdır ki, İrana qarşı sanksiyalar qəbul edildikdən sonra Hizbullah terror təşkilatının böyük maliyyə problemləriylə üzbəüz qaldığı ilə bağlı məlumatlar dərc edilir.

 

Bu məlumatlara əsasən, təşkilat son aylar ərzində əmək haqlarını verə bilmədiyinə görə, özünün “Əl-Mənar” televiziya kanalının əməkdaşlarının sayını azaldıb, eləcə də Livanın cənubunda yerləşən daşınmaz əmlaklarının böyük hissəsini satıb. Bundan əlavə, “Hizbullah” ötən aylar ərzində öz terrorçularının aylıq muzdlarının yalnız 2/3-ni ödəyə bilib və pul çatışmazlığı səbəbindən ehtiyat qüvvələrini buraxıb.

 

 

Hətta bir müddət əvvəl təşkilatın baş katibi Həsən Nəsrullah öz tərəfdarlarına müraciət edərək, onlardan pul köməyi istəmişdi. Nəsrullahın bu çağırışına Qərb tərəfindən maraqlı reaksiyalar verilmişdi. Bir çox qərbli rəsmilər sanksiyaların Nəsrullahı dilənçilik etməyə vadar etdiyini bildirmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN