İran Tibbi Ekspertiza Təşkilatı: “Son 8 ayda ölkədə baş verən yol qəzalarında 12 min 261 nəfər həyatını itirib”

İran Tibbi Ekspertiza Təşkilatı: “Son 8 ayda ölkədə baş verən yol qəzalarında 12 min 261 nəfər həyatını itirib”

GünAzTV: İran Tibbi Ekspertiza Təşkilatı yanvırın 5-də bəyanat yayaraq, ölkədə baş verən yol qəzalarında ölənlərin statistik rəqəmini açıqlayıb.

 

Bəyanatda bildirilir ki, son 8 ayda ölkənin müxtəlif bölgələrində baş verən yol qəzalarında 12 min 261 nəfər həyatını itirib: “Bunlardan 9 min 587 nəfəri kişi, 2 min 674 nəfəri isə qadın olub.

 

Qeyd olunur ki, yol qəzası qurbanlarının 7 min 838 nəfəri şəhərlərarası yollarda, 2 min 932 nəfəri şəhərdaxili yollarda, 838 nəfəri kənd yollarında, 152 nəfər özəl yollarda, 501 nəfəri isə digər yollarda baş verən avtomobil qəzalarında öz həyatlarını itiriblər.

 

Bildirilir ki, həmin müddətdə ən çox yol qəzaları, İranın Fars, Tehran və İsfahan əyalətlərində qeydə alınıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN