İran və Türkiyə prezidentləri telefonla danışaraq İraq Kürdistanında keçirilən müstəqillik referendumunu müzakirə ediblər

İran və Türkiyə prezidentləri telefonla danışaraq İraq Kürdistanında keçirilən müstəqillik referendumunu müzakirə ediblər

GünAzTV: İran və Türkiyə prezidentləri Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də telefonla danışaraq İraq Kürdistan muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumun bölgədə yaradacağı sonrakı fəsadlarından nigaran qaldıqlarını bəyan ediblər.

 

İki ölkə lideri arasında telefon danışığı, Türkiyə prezidentinin İrana səfərindən iki gün əvvələ təsadüf edib. Ərdoğanın İrana rəsmi səfəri oktyabrın 4-ə planlaşdırılıb.

 

Telefon danışığında Ruhani və Ərdoğan iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafından və bir sıra regional məsələrdən danışaraq oktyabrın 3-də İraq Kürdistanında keçirilməsi nəzərdə tutulan müstəqillik referendum məsələsinə də toxunublar. Onlar bildiriblər ki, əgər İraq Kürdistan Muxtariyyətinin rəhbərliyi referendumla bağlı qərarı ləğv etməsə, onların bu addımı bölgədə hərc-mərcliyə gətirib çıxaracaq: “Hesab edirik ki, İraqın milli birliyi və onun ərazi bütövlüyü qorunub saxlanılmalıdır.  Bu referendum regionda xaosa və sabitliyin pozulmasına səbəb ola bilər. Bu isə yolverilməzdir”.

 

Tərəflər həmçinin məlum referendum məsələsi ilə bağlı eyni mövqedə olduqlarını bildirərək bir daha onun ləğv edilməsini tələb ediblər.

 

A.M  

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN