İran Xarici İşlər Nazirliyi: “S-400 sistemləri almaqla bağlı Rusiyaya müraciət etməmişik”

İran Xarici İşlər Nazirliyi: “S-400 sistemləri almaqla bağlı Rusiyaya müraciət etməmişik”

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında Rusiyaya S-400 hava hücumundan müdafiə sistemləri almaqla bağlı müraciət etdikləri barədə yayılan xəbərləri təkzib edib.

 

O bildirib ki, ölkəsi heç vaxt Rusiyaya bu xüsusda müraciət etməyib və qeyd edilən məsələ ətrafında danışıqlar aparmayıb.

 

Xatırladaq ki, bir neçə gün öncə müxtəlif media orqanları Rusiyanın körfəzdə rəsmi Vaşinqtonla Tehran arasında gərginliyin artması səbəbindən İranın S-400 sistemləri almaqla bağlı müraciətinə müsbət cavab vermədiyi barədə xəbərlər dərc etmişdilər.

 

İran XİN-in sözçüsü həmçinin Avropa ölkələri əleyhinə də kəskin ifadələr işlədib. O, Avropa tərəfini nüvə razılaşmasına əməl etməməkdə günahlandırıb. Eləcə də, avropalıların İranın nüvə və raket proqramına qarşı fikirlər səsləndirməyə “haqlarının olmadığı”nı deyib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində bir neçə Avropa ölkəsi İranın raket və nüvə proqramını, eləcə də regionda yürütdüyü təxribatçı siyasəti kəskin tənqid edir. Hətta bir neçə gün əvvəl Almaniya xüsusi xidmət orqanları hazırladıqları müfəssəl kəşfiyyat hesabatında İranın nüvə silahı əldə etməyə çalışdığını qeyd etmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN