“İran Xodrou”nun icraçı direktoru Haşim Yekezarə həbs edilib

“İran Xodrou”nun icraçı direktoru Haşim Yekezarə həbs edilib

GünAz TV: “İran Xodrou”nun icraçı direktoru Haşim Yekezarənin həbs edildiyi ilə bağlı məlumat yayılıb.

 

Yerli media orqanlarında dərc edilən xəbərlərə əsasən, o, avqustun 19-da işdən çıxarılandan bir neçə saat sonra, saat 17 radələrində öz iş otağında saxlanılıb.

 

Xatırladaq ki, dünən İran hökumətinin sözçüsü Əli Rəbii Sənaye, Mədən və Ticarət nazirinə istinadən Haşim Yekezarənin “qəsdən və özbaşına qiymət artımı” etdiyinə görə, öz vəzifəsindən kənarlaşdırıldığını bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranın maşın bazarında durğunluq, avtomobillərin qiymətlərində isə kəskin yüksəlmə müşahidə olunur. İran Milli Məclisinin 90-cı Maddə Komissiyasının sözçüsü ötən həftə bildirmişdi ki, maşınqayırma sənayesində böyük rüşvətxorluq halları mövcuddur.

 

Qərb ölkələri dəfələrlə İran rəhbərliyinin korrupsiyaya bulaşdığı barədə hesabatlar yayıb. Həmin hesabatlarda "dini lider" Əli Xamneyi də daxil olmaqla, rəsmilərin rüşvət və digər qeyri-qanuni yollarla əldə etdiyi vəsaitlər göstərilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN