İran yenə ayağa qalxdı. Ən azı 7 şəhərdə molla rejiminə qarşı etirazlar keçirilib – FOTOLAR və 10 VİDEO

İran yenə ayağa qalxdı. Ən azı 7 şəhərdə molla rejiminə qarşı etirazlar keçirilib – FOTOLAR və 10 VİDEO

GünAzTV: İyulun 30-u və 31-də İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna, milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə qarşı kütləvi etirazlar keçirilib.

 

On minlərlə insan iyulun 31-də İranın İsfahan, Rəşt, Gövhərdəşt, Tehran, Kərəc, Şiraz və daha bir neçə şəhərdə küçələrə axışaraq ölkəyə hakim ruhanilərin hakimiyyətinə və İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər.

 

“Suriyanı burax, bizə gün ağla”, “Nə Qəzzə, nə Livan, canım İrana qurban”, “Millət acından qırılır, ağa (Xamneyi) isə Allahlıq edir”, “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Millətin oğurlanmış sərvəti mollanın əmmaməsinin altındadır”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Bizə yalandan deyirlər ki, düşmənimiz Amerikadır, halbuki əsl düşmənimiz burdadır”, “Bahalığa ölüm” və digər şüarlar səsləndirən aksiyaçılar, rejimin daxili və xarici siyasətinə etiraz bildiriblər.

 

Bildirilir ki, Gövhərdəşt şəhərində etiraz yürüşünə qatılanlara gözyaşardıcı qazdan istifadə edən əli dəyənəkli polislər və mülki geyimli təhlükəsizlik qüvvələri vəhşicəsinə insanlara hücum edərək onlardan bir neçə nəfərini tutublar. Digər şəhərlərdə isə hökumət qüvvələrinin zorakılığını görən etirazçılarla polis qüvvələri arasında qarşıdurma yaranıb, onlarla dinc etirazçı həbs edilərək naməlum istiqamətə aparılıb. Hazırda həmin əhərlərin əsas küçə və meydanları polis və mülki geyimli ETTELAAT əməkdaşlarının nəzarətinə götürüldüyü vurğulanır.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN